1.9Kпросмотров
4.6%от подписчиков
30 марта 2026 г.
📷 ФотоScore: 2.1K
⚽️ "Tottenhem" baş məşqçi ilə yollarını ayırdı Londonun "Tottenham Hotspur" klubu baş məşqçi İqor Tudor ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tudor fevralın 14-dən komandaya rəhbərlik edirdi. Bu müddətdə komanda İngiltərə çempionatında dörd dəfə məğlub olub, bir dəfə heç-heçə edib, Çempionlar Liqasında isə 1/8 final mərhələsində "Atletiko Madrid"ə uduzub. Məşqçi ilə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar. "Tottenham Hotspur" hələlik yeni baş məşqçinin adını açıqlamayıb. Komanda hazırda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.