İ
İSTİQLAL | Xəbər
@istiqlalaze2.4K подп.
820просмотров
34.4%от подписчиков
15 марта 2026 г.
📷 ФотоScore: 902
🇺🇸🇪🇺🇺🇦 Financial Times-in məlumatına görə, mart ayının əvvəlində ABŞ prezidenti Donald Trump Vaşinqtona İran müharibəsi ilə bağlı danışıqlar üçün gəlmiş Almaniya kansleri Friedrich Merz ilə görüşdə Ukraynanın müharibəni uduzduğunu bildirib. Məlumata əsasən, Tramp həmçinin İranla müharibənin artıq onun üçün əsas prioritetə çevrildiyini və bunun Ukrayna müharibəsindən daha vacib olduğunu vurğulayıb. Bildirilir ki, Ukrayna münaqişəsinin həlli istiqamətində gözlədiyi irəliləyişin olmaması Trampın bu mövzuya marağının azalmasına səbəb olub. Eyni zamanda ABŞ-da yaxınlaşan aralıq seçkilər (midterms) fonunda İranla bağlı müharibə daha da əhəmiyyət qazanır, çünki bu münaqişə neft qiymətlərinə və qlobal inflyasiyaya birbaşa təsir göstərir. ©️İSTİQLAL
820
просмотров
753
символов
Нет
эмодзи
Да
медиа

Другие посты @istiqlalaze

Все посты канала →
🇺🇸🇪🇺🇺🇦 Financial Times-in məlumatına görə, mart ayının — @istiqlalaze | PostSniper