M
Melumat.org
@azgiperssilkaru911 подп.
28просмотров
3.1%от подписчиков
29 марта 2026 г.
Score: 31
‍ Suriyada spirtli içki satışına qoyulan məhdudiyyətlərin xristian məhəllələrində etirazlara səbəb olmasından sonra yeni açıqlama verib: “Bu qərar azadlıqlara müdaxilə və ya yeni bir tətbiq deyil; 1952-ci ilə qədər uzanan köhnə qanun və qərarların vahid çərçivədə toplanaraq yenilənməsidir. Məktəblərə və ibadət yerlərinə məsafə tələbi, qonşuların razılığının alınması və satışın qeyri-müsəlmanların daha çox yaşadığı məhəllələrdə həyata keçirilməsi kimi qaydalar əvvəldən mövcud olub. Lisenziyasız obyektlərin artması, yetkinlik yaşına çatmayanlara spirtli içki satışı və gecə klubu/bar müştərilərinin ətraf mühitə yaratdığı narahatlıqlarla bağlı əhalidən daxil olan çoxsaylı şikayətlər bu tənzimləməni zəruri edib. Turizm Nazirliyi tərəfindən lisenziyalaşdırılmış otellər və iri müəssisələr bu məhdudiyyətlərdən kənarda saxlanılıb. Valilik bildirir ki, Bab Tuma, Kassa və Bab Şərqi kimi şəhərin mədəni simasını formalaşdıran turistik xristian məhəllələrində qərar yanlış başa düşülüb və buna görə üzr istəyir. Bu ərazilərdəki turistik restoranların vəziyyəti heç kəs zərər görməyəcək şəkildə 3 ay ərzində yenidən qiymətləndiriləcək.” @Ferqlibaxish
28
просмотров
1154
символов
Нет
эмодзи
Нет
медиа

Другие посты @azgiperssilkaru

Все посты канала →
‍ Suriyada spirtli içki satışına qoyulan məhdudiyyətlərin xr — @azgiperssilkaru | PostSniper