115просмотров
7.6%от подписчиков
23 марта 2026 г.
Score: 127
Hey günü gündən çoxalır zillətim
Nəyimə gərək getsədə lap izzətim
Bayram edir keyf eləyir millətim
Çünki biz avropalaşan qullarıq
Dinə görə həddin aşan qullarıq Zalim əyər istəsə lap banlarıq Hey elə məzlumları biz danlarıq
Gün gələr öz səhvimizi anlarıq
Bax o zaman olmaz inan çarəmiz
Onda cəhənnəmdə çıxar naləmiz Qiymətimiz reski olub bir qəpik
Rütbəlilər xalqa vurur bir təpik
Vəhdətimiz olsa ki sözsüz bəsik
Dərk edə bilsək vəli alimləri
Biz qovarıq it kimi zalimləri Getsək hara biz yenə məzlumlarıq Bir tikə,bir üst-başa məhkumlarıq
Dünyada hər ləzzətə məhrumlarıq
Amma ki yaltaqlığı vərdişlərik
1 yemək eşqində 1 il işlərik Zalim önündə fərəqət durmuşuq
Məzluma güc çatdısa tez vurmuşuq
İslama kim xidmət edir burmuşuq Yığmışıq ətrafmıza nadanları Pul paralı Bərk gedən oğlanları Səndəki Elvin demə boş boş kəlam
Bir də Görərsən alan olmaz salam
Haqq deyənin qardaşı olmur atam
Sən çalış haqq əhlinə meyl etginən Səbr edərək Haqqa tərəf getginən Elvin Mürvətoğlu .. Abonə ol 🌐 Qələmin Müqaviməti