118просмотров
7.8%от подписчиков
20 марта 2026 г.
🎬 ВидеоScore: 130
Anamız Həzrəti Zəhradan əmanətdir hicab, İki dünyada hicab əhlinə zinətdir hicab. Hicab hər möminənin ismətidir-iffətidir, Adıdır-namusudur-mənliyidir-qeyrətidir, İzzidir-şənidir-ülviyyətidir-şövkətidir, Elə fərz eylə xanım güldü, təravətdir hicab, Saxlayın məndən əmanət dedi Zəhra hicabı, Kərbəlada qorudu Zeynəbi-Kübra hicabı, İndi isə qalıb əllərdə Rüqəyya hicabı, Ya şərafətsiz ömürdür, ya şəhadətdir hicab. Zalima, Allaha bax, Tanrıya bax, irşad ol, Əmri-Xəllaqə itaətdə bulun, nun-qad ol, Ey deyən kəs qızına, taxma hicab, azad ol, Sən biqeyrət nə bilirsən ki, nə qeyrətdir hicab. İstəsən Tanrı yanında olasan şəni əziz, Pərdeyi-isməti cəhd eyləginən saxla təmiz, Ta bu əxlaq ilə ol Həzrəti Zəhraya kəniz, Ondan al dərsi-həya, gör nə şərafətdir hicab. Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan, Gəldi fəryadi-nəva səsləri dağdan-daşdan, Yenə də açmadı, amma ki hicabın başdan, Ey bacım, bax yola gəl, rahi-hidayətdir hicab, Olma yırtılmış həya pərdəsi, şeytan nökəri, Keç həya məktəbin, ol bəxtəvərin-bəxtəvəri, Çün, hicab əhlinin üstündədir Həqqin nəzəri, Həm bu dünyada, həm üqbadə şərafətdir hicab. Anamız Həzrəti Zəhradan əmanətdir hicab, İki dünyada hicab əhlinə zinətdir hicab. Vüqar Biləcəri Abonə ol 🌐 Qələmin Müqaviməti
118
просмотров
1244
символов
Нет
эмодзи
Да
медиа

Другие посты @QeleminMuqavimeti

Все посты канала →
Anamız Həzrəti Zəhradan əmanətdir hicab, İki dünyada hicab ə — @QeleminMuqavimeti | PostSniper