128просмотров
8.5%от подписчиков
19 марта 2026 г.
Score: 141
İsmin ilə başladım ey arizulər məzhəri. Ey olan zati-qəni, ey gəncü dövlət sərvəri. Ey səxavət mənbəyi, ey varlığı icad edən. Ey qədim, mülki fənasız, ey dəyişməz cövhəri. Ey ümumə lütf edib şadlıq səfasın bəxş edən. Ey təbibi-qəlb olan, ey həll edən müşkülləri. Tövbə qıldı bir günah etmişdisə qəlbim mənim. Bilmiş öz səhvü-xətasın, əfv qıl bu müztəri. Qibləgahim, olmaram qul səndən özgə kimsəyə. Tanrısan, ruzi verənsən, yoxdu Səndən digəri. Ən böyük bir rütbəyə yüksəldi səndən qədrimiz. Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri. Qəlbimi nurunla açdın, nolar açsan nitqimi. Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri. Nitqi verdinsə gözəl söz söyləməkdə lütf qıl. Şe'rim ilə zahir olsun gizli hikmət zivəri. Lütfün ə’lası sözün bilməkdədir mənasını. Həmd qıl, vermiş Füzuli, Həqq sənə bu gövhəri. Muhəmməd Füzuli T.me/azerbaycanin_ehlibeyt_sairleri
128
просмотров
873
символов
Нет
эмодзи
Нет
медиа

Другие посты @QeleminMuqavimeti

Все посты канала →
İsmin ilə başladım ey arizulər məzhəri. Ey olan zati-qəni, e — @QeleminMuqavimeti | PostSniper